Ərdoğandan sərt bəyanat

Ərdoğandan sərt bəyanat

Türkiyə Suriyada muxtariyyət yaradılmasına yol verməyəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Təll-Abyad şəhərində kürd muxtariyyətinin yaradılmasının qarşısını almaq üçün Türkiyə hərbi əməliyyatların aparılması da daxil olmaqla, bütün imkanlardan istifadə edəcək”, deyə Ərdoğan bildirib.

Rəsmi Ankaranın qənaətinə görə, bu addım Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaradır. “Türkiyə heç kimin icazəsindən asılı deyil. Bizə nə lazımdır, onu da edəcəyik”, Ərdoğan əlavə edib.

alinti...