Ərdoğan konstitusiyanı dəyişmək istəyir

Ərdoğan konstitusiyanı dəyişmək istəyir

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkənin yeni konstitusiyasının hazırlanmasının yeni seçilən parlamentin prioritet vəzifələrindən biri olduğunu bildirib. APA-nın məlumatına görə, bunu Ərdoğan Ankarada yerli özünüidarəetmə orqanlarının rəhbərləri qarşısında çıxışı zamanı deyib.

“Türkiyə yeni konstitusiya ilə bağlı məsələni həll etməlidir, bu noyabrın 1-də (növbədənkənar parlament seçkiləri günü – red.) aldığımız ən mühüm mesajdır. Xalq bunu gözləyir. Mən ümid edirəm ki, deputatlar yeni konstitusiyanın hazırlanmasına dair öz tövhələrini verəcəklər”, deyə Ərdoğan bildirib.

Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın hakimiyyətin konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı ölkədə referendum keçirəcəyini istisna etməyib.

alinti...