Rəqsanə Röyanın Beyaz showda iştirakından danışıb

Rəqsanə Röyanın Beyaz showda iştirakından danışıb

Müğənni Rəqsanə İsmayılova həmkarı Röya Ayxanın Türkiyənin tanınmış “Bəyaz Show” verilişində qonaq olmasına münasibət bildirib. Lent.az-ın məlumatına görə, “Ondan sonra” verilişinə qonaq olan R.İsmayılova həmkarının ünvanına bu sözləri deyib: “Mən bir söz deyim, bu tək Röyanın yox, hər birimizin uğurudur. O mahnının və klipin ərsəyə gəlməsi az pul tələb etmir. Mən həqiqəti deməyi xoşlayan insanam. Verilişə baxanda əsəb keçirtdim. Orada bir türkiyəli müğənni var idi. Onun bir mahnısı, klipi çıxıb, sevilib. Verilişdə də ən çox sözü həmin müğənniyə verdilər. Amma o insan canlı ifa edə bilmədi. Həmin müğənni başdan ayağa “farş” oxudu. Məsələn mən Röyanın yerində olsaydım, mikrofonu götürüb, canlı oxuyardım. Canlı oxumağı o müğənniyə sübut edərdim. Oxuya bilmədi, biabırçılıq idi”.

Xatırladaq ki, Röya ilə eyni verilişdə türkiyəli müğənni Merve Ozbay iştirak edib.

Qeyd edək ki, R.Ayxanla R.İsmayılova bir neçə ay öncə qalmaqal yaşayıb.



Yalçın UĞUR