Dağ olsam əriyərdim Vahid Çəmənli

Dağ olsam əriyərdim Vahid Çəmənli

Özgənin var-dövlətin
​Saymaqla keçdi ömür, (1)
​O da daim narazı,
quru “sağ ol” da demir...
Mən çəkəni çəksəydi,
əriyərdi daş, dəmir,
Nə qədər tənələndim,
nə qədər acılandım,
Dağ olsam əriyərdim,
insan idim dayandım.


Ya Rəbb! Mən sənin səsin,
sənin harayın idim,
Düzü üzə deyəndə
sənə arxayın idim...
Mən uçurum üstündə
bitən bir qayın idim.
Öz məğrur görkəmimlə
qayalara hayandım.
Dağ olsam əriyərdim,
insan idim dayandım.


Zamanın gərdişində
hər şey oyuncaq idi,
Dünən hökm eliyənlər,
bu gün oduncaq idi.
İnsanın yaraşığı
ağıl,qanacaq idi,
Çiyinlər üstündəki
boş başlardan usandım,
Dağ olsam əriyəerdim,
insan idim dayandım.


Həyat bir imtahandı,
Hərə bir cür sınandı,
Kimi sərvət topladı,
kimi savab qazandı...
Nigaran ömür yolum
uzandıqca uzandı,
Haqqın mənə yazdığı
qədərinə inandım,
Dağ olsam əriyərdim,
insan idim dayandım.

Vahid Çəmənli

1. Müəllif, özünün mühasib sənətinə işarə edir.


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 30.12.2015
Beğeniler: 3
Favoriler: 0
İzlenmeler: 225
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 12:00