Marlen Ditrixin həyatının bir anı

Marlen Ditrixin həyatının bir anı

İnternetdə təsadüfən rast gəldiyim bir fotoşəkil, məni Konstantin Paustovskinin “Teleqramma” hekayəsini oxumağa vadar etdi. Şəkilin çox qəribə bir tarıxcəsi vardı. Dünya şöhrətli Marlen Ditrix Moskvaya qastrol səfərinə gəlmişdi. K.Paustovski bu konsertə getməyi çox istəyirdi. Lakin, həkimlər bir neçə dəfə infarkt keçirən, üstəlik də astmandan əziyyət çəkən yazıçını konsertə buraxmaq istəmirdilər. Paustovskinin inadkarlığını görən ev həkimi Viktor Konevski yumşalaraq deyir: “Yaxşı, konsertə gedə bilərsiniz, amma mən də sizinlə gedəcəm”
Konsertdən sonra Marlen Ditrixə bir neçə sual verdilər: “Rus ədəbiyyatı ilə tanışsınızmı?”, “Ən çox sevdiyiniz yazıçı kimdir?”...O dedi: “Mən Konstantin Paustovskini, xüsusən də onun “Teleqramma” əsərini çox sevirəm” Marlen Ditrix bu sözləri deyəndə,yazıarların çoxluq təşkil etdiyi zalda bir canlanma baş verdi: “Paustovski zaldadır...Paustovski zaldadır...” Tərcüməçi bu sözləri tərcümə edəndə Marlen Ditrix həyəcan dolu nəzərlərlə zala göz gəzdirdi. Ona elə gəldi ki, indi yazıçı ayağa qalxacaq. Lakin, Paustovski təvəzökar adam idi, ayağa durmaq barədə heç fikirləşmirdi. Tamaşaçılar zalı alqışa qərq edərək yazışını ayağa qalxmağa ruhlandırırdılar. Nəhayət, o, ağır addımlarla səhnəyə qalxdı. Qiymətli daş-qaşlarla bəzənmiş dar gecə paltarında olan Marlen Ditrix, bir kəlmə demədən Konstantin Paustovskinin qarşısında diz çıkdü. Paltar o qədər dar idi ki, saplar bir neçə yerdən qopdu, daş-qaşlar səhnəyə səpələndi.Tamaşaçılar, səhnəyə tökülən daş-qaşların qiymətli olduğunu zənn edərək onu yığıb dizi üstündə dayanan Marlen Ditrixə vermək istəyirdilər. Hətta həkim səhnəyə tərəf qaçaraq Paustovskiyə “Lütvən, əyilməyin” – deyə səsləndi.Amma Ditrix...O, gözləri bağlı halda dahi ədibin qarşısında diz çıkmüşdü...


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 22.01.2016
Beğeniler: 3
Favoriler: 0
İzlenmeler: 208
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 10:00