Nadir Qafarzadə ölkədən getmək istəyir

Nadir Qafarzadə ölkədən getmək istəyir

Müğənni Nadir Qafarzadə ölkədən getmək istəyir.


Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Star life" verilişinə açıqlamasında deyib. O, sosial şəbəkədəki təhqirlərdən yorulduğunu bildirib:


"Son zamanlar çox sıxıldım, yoruldum. Axır ki, buradan getmək qərarına gəldim. Gecələr yata bilmirəm. Nə qədər dərman atıb yatmaq olar? Bu həyat tərzi məni bezdirir. Hamı bir-birini acılamaq istəyir, pulunu sayır. Çox kasıb günlərim olub, amma heç kimin malına göz dikməmişəm. İnstaqramda şərhlər yazırlar: kiməsə qarğış tökür, qeybət edirlər. Belə insanları görüb, qaçmaq istəyirəm. Qəpiyə güllə atan Nadir idim. Əziyyətlə bu günə gəlib çatdım. Deyirlər, şərhlərə fikir vermə, amma bacarmıram. Son zamanlar dəyişmişəm, daha hövsələli olmuşam. Bir çox şıltaqlıqlarımı aradan götürməliyəm. Axı mən atayam, tezliklə qayınata olacam".

alıntı...


DETAYLAR
Kategori : Show Biznes
Ekleme Tarihi : 31.01.2016
Beğeniler: 1
Favoriler: 0
İzlenmeler: 199
rank
favori
like
share