Məktəb illəri Vahid Çəmənli

Məktəb illəri Vahid Çəmənli

Məktəb illəri

Yüyürərdim doqqaza o mehriban səsinə,
Tökülərdi üstümə baxışının xumarı.
Qarışıraraq səhərin süd kimi nəfəsinə,
Birgə qanad açardıq doğma məktəbə sarı.

Riyaziyyat dərsində gözlərinimi döyəndə,
Biliyimə lağ edib oynadardın əlini.
“Həll etdiyin misalı ver köçürüm”, deyəndə,
Mənə acıq verərdin, çıxarardın dilini.

Tənəffüsdə saçların dolanardı əlimə,
Yanağından damlalar axardı xırda-xırda.
Bilməm, necə dözərdin verdiyim bu zülümə,
Q qədər çırpınardın, yorulardın axırda.

Doqqazda əriyərdi aramızın sərini,
Dərsdən evə dönəndə dinməsək də yolüstü.
Sən çantandan çıxarıb verərdin dəftərini,
Mən də tutub əlindən üzr istərdim əlüstü...

Vahid Çəmənli

2-ci cərgə soldan 4-cü Vahid Çəmənli


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 05.02.2016
Beğeniler: 3
Favoriler: 0
İzlenmeler: 639
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 22:00