Aman Allah nə ömürdü yaşadım Vahid Çəmənli

Aman Allah nə ömürdü yaşadım Vahid Çəmənli

(Dostum Akif Abışova həsr olunur)

Nə gətirdim, nə götürdüm dünyadan?
Nə qazandım, nə itirdim dünyada?
Mən nə əkdim, nə bitirdim dünyada?
Hicran yüküm, ağ saçlarım yaşıdım,
Aman Allah, nə ömürdü yaşadım?

Yaxşı adım başa gəldi çox baha.
Yaxşı adam, çıxmayasan sabaha...
Gedən gəlməz, köçən dönməz bir daha,
Heç bilmirəm qəmgin olum, ya şadam.
Aman Allah, nə ömürdü yaşadım?

Görən dedi, - Oğul deyil, incidi.
Bu oğulsan, dur oğulsan inci di...
Kimi sevdim, kimlər məndən incidi?
Qalacaqmı xəyallarda xoş adım?
Aman Allah, nə ömürdü yaşadım?

Mənə neçə qəm vermisən, İlahi,
Saçlarıma dən vermisən, İlahi,
Nə vermisən, sən vermisən, İlahi,
Necə qıydın bəs bu qədər yaş udum?
Aman Allah, nə ömürdü yaşadım?

Öz əllərim öz-özümə dirəyim,
Dağdan çıxdı, daşdan çıxdı çörəyim,
Arzulara məzar oldu ürəyim,
Ürək deyil, baş daşıydı, daşıdım.
Aman Allah, nə ömürdü yaşadım?..


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 13.02.2016
Beğeniler: 3
Favoriler: 0
İzlenmeler: 268
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 23:00