Aman Allah dünyada əlli il yaşamışam Vahid Çəmənli

Aman Allah dünyada əlli il yaşamışam Vahid Çəmənli

Aman Allah, dünyada əlli il yaşamışam.
Əlli ilim nə təhər keçibsə, duymamışam.
Əlli cüt söz deməyə qüdrətim yoxdu amma...
Bəs nədən bezməmişəm, bəs nədən doymamışam,
Ac olan ürəyimdi,
Gözlərim toxdu amma.

Neçə dostun, tanışın yanında ağdı üzüm?
Neçə dostun, tanışın yanında yoxdu üzüm?
Bəs cəfaya, hicrana özüm necə? – Dözürəm?
Bəs məni sevənlərə niyə kor olur gözüm?
Özüm dərd bilənəmmi?
Dərd bilənlər gəzirəm.

Sağ olsun bu dünyanı, yaxşı qayğımı çəkdi.
Yoluma dolu səpdi, yoluma tikan əkdi.
Əl-ayağım qanadı, ağrı-acı bilmədim.
Görən elə dedi ki, xasiyyəti ipəkdi,
Necə boğdum kədəri, ehtiyacı – bilmədim.

Hər anlm çətin olub, asan heç nə olmayıb.
Qəlbim kirli olmayıb,
Qəlbim kinli olmayıb.
Mən necə böyümüşəm?
Mən necə yaşamışam?
Çətin anım doğrusu, xatirimdə qalmayıb,
Amma təkcə sinəmdə ağrısın daşımışam.

O, hansı bəxtəvərdi heç vaxt bədgüman deyil?
Qərinələr önündə məgər il bir an deyil?
Bunu tənhalıq yükün daşıyandan soruşun.
Əlli il bəlkə də heç uzün bir zaman deyil,
Əlli ili əlli il yaşayandan soruşun.

Əlli ilin əlli min qorxusu, həyəcanı,
Əlli ili əlli tək indi tanıyan hanı?
Ötüb keçən illərim indi bircə an oldu.
Əlli il yaşayınca adamın çıxır canı,
Nə qədər həsrət oldu?
Nə qədər hicran oldu?

Neçə-neçə gözəlin gözlərindən köçmüşəm.
Qatar-qatar validol, valeriyan içmişəm.
Elə bildim ürəyim əzaba mətin imiş.
Neçə-neçə namərdin körpüsündən keçmişəm,
Sellərin qucağına atılmaq çətin imiş.

Kimlərinsə gözləri dolacaqmı, bilmirəm?
Xəyallarda xoş adım qalacaqmı, bilmirəm?
Qalsa da beşcə günlük, ötəri, müvəqqəti.
Allahım dərgahında xoş baxaydı üzümə,
Zərrə eynimə gəlmir bu dünyanın nemətı,
Zərrə eynimə gəlmir bu dünyanın nemətı...
Vahid Çəmənli


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 14.02.2016
Beğeniler: 3
Favoriler: 0
İzlenmeler: 257
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 07:00