Rafael Dadaşov adının keçmiş həyat yoldaşı ilə hallanmasına əsəbiləşdi

Rafael Dadaşov adının keçmiş həyat yoldaşı ilə hallanmasına əsəbiləşdi

Xalq artisti Rafael Dadaşov adının keçmiş həyat yoldaşı Sədaqət Dadaşova ilə hallanmasına əsəbiləşib. Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, o, 25 il öncə həyat yoldaşından ayrılıb: “Yazıblar ki, Rafaelin keçmiş həyat yoldaşı nə bilim nə... Hə, nə olsun? Bunun mənə nə aidiyyəti var axı?! İndi mən bir neçə dəfə ailə qursam, boşansam adımı yazacaqlar?".

R.Dadaşov S.Dadaşovanın söylədiyi “4 uşağımın hamısı Rafaeldəndir” sözlərinə isə münasibət bildirmək istəməyib: “Bu barədə danışmaq istəmirəm. Məndən soruşun ki, teatrda nə baş verib? Hansı rolları oynayacam? Bunun mənə heç aidiyyəti yoxdur".

Qeyd edək ki, Sədaqət Dadaşova “Zuhal Topalla İzdivaç” evlilik verilişində maraqlı açıqlama vermişdi: “Münasibətimiz 7 il davam etdi. Ondan övladım olandan sonra ayrıldıq. Adı Asifdir. Ailəli idi, iki qızı da vardı. Dedi ki, məndən uşaq dünyaya gətir, səninlə evlənəcəm. Amma Asif mənimlə evlənmədi. Mən də münasibətə son qoydum. Asifdən 20 yaşlı oğlum var. Ümumiyyətlə, 4 övladım var, onlardan 3-ü əmimoğlundandır”.

Daha sonra açıqlamasının müzakirə olunduğunu görən S.Dadaşova sözlərini danmışdı: “Türk dilini yaxşı bilmədiyim üçün dediklərim yanlış anlaşılır. Hamıya demək istəyirəm ki, 4 övladımın hamısı bir ata-anadandır. Bu məsələdən sonra Azərbaycanda çox qarışıqlıq yarandı. Çalışacam ki, türk dilini yaxşı öyrənim”.



Yalçın UĞUR


DETAYLAR
Kategori : Show Biznes
Ekleme Tarihi : 15.02.2016
Beğeniler: 2
Favoriler: 0
İzlenmeler: 190
rank
favori
like
share