Bircə gün sevgisiz yaşasam əgər Vahid Çəmənli

Bircə gün sevgisiz yaşasam əgər Vahid Çəmənli


Yüz il yaşasan da, uşaqsan hələ,
Qəlbində məhəbbət doğulmayıbsa...
Odlu yanağını isladan gilə,
Süd kimi əllərdə boğulmayıbsa.

Sevən ürəklərdən od qopa bilir,
Bu odda kül olar xəyanət və şər.
Sevənlər Fərhad tək dağ çapa bilir,
Sevənlər Leyli tək ülviləşirlər.

Sevə bilməyinlə həyatda öyün,
O, könül oxşayan bir bayatıdı.
Şirin iztirabla çırpındığın gün,
Ömrün ilk anıdı, ilk saatıdı.

Sevgisiz ilhamım kəsərdən düşər,
Sevgisiz qələmim daş olar hətta.
Bircə gün sevgisiz yaşasam əgər,
Bilin ki, mən yoxam, yoxam həyatda...

Vahid Çəmənli


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 17.02.2016
Beğeniler: 2
Favoriler: 0
İzlenmeler: 202
rank
favori
like
share