Ölümlə hədələnən məşhur müğənni evini satır

Ölümlə hədələnən məşhur müğənni evini satır

Müğənni Orxan Gəncəbay ölümlə hədələndiyi üçün evini satır.



Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 ay əvvəl samsunlu bir qrup gənc tərəfindən evinin qarşısında təhdid edilən ifaçı bundan narahat olub. Bilinməyən səbəblərdən Gəncəbaya söyüşlər yağdıran qrup üzvləri mühafizəçini döyərək Orxanı öldürəcəklərini deyiblər. Şübhəli şəxslər daha sonra saxlanılsa da, ifaçı onlardan şikayətçi olmayıb.



Hadisənin böyüdülməsini istəmədiyini deyən Orxan Gəncəbaya bu addımına görə qonşuları sərt reaksiya göstəriblər. Qonşularıyla arası gərginləşən müğənni illərdir yaşadığı mənzili 4, 5 milyon lirəyə satır.

alıntı..


DETAYLAR
Kategori : Show Biznes
Ekleme Tarihi : 19.02.2016
Beğeniler: 2
Favoriler: 0
İzlenmeler: 192
rank
favori
like
share