Hər kimdisə, özgəsidi Vahid Çəmənli

Hər kimdisə, özgəsidi Vahid Çəmənli


Dinlə məni, bir söz deyim,
Bu, qəlbimin öz səsidi.
Nahaq sənə meyil saldım,
Dərdin məni üzəsidi...

Nə qorxulu yoldu yolum.
Zülmət oldu sağım, solum.
Canım, necə rahat olum?
Ömrümün sərt döngəsidi.

Məndim sənsiz qəmə batan,
Səni kimə verdi atan?
Vüsalına əli çatan,
Hər kimdisə, özgəsidi...

Vahid Çəmənli


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 08.03.2016
Beğeniler: 2
Favoriler: 0
İzlenmeler: 277
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 22:00