Rəqsanə - Müharibəyə mən də gedərəm

Rəqsanə - Müharibəyə mən də gedərəm

"Şəhid olan əsgərlərimizin ruhunun qarşısında baş əyirəm, Allah valideynlərinə səbr versin. Mənim bir ana, vətəndaş kimi ürəyim ağrıyır. 12 can, 12 şəhid vermişik". Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Rəqsanə İsmayılova deyib. İfaçı bildirib ki, müharibədə iştirak etməyə belə hazırdır: "Hər birimiz bu millətin övladıyıq, müharibəyə məndə gedərəm. Vətənim uğrunda döyüşüb canımdan da keçməyə hazıram. Ali baş komandanımızın əmrimi gözləyirik. Hətta əsgərlərimiz üçün mahnı da ifa etmişəm. "İgid əsgər, möhkəm dayan!" mahnısını şəhidlərimizin əziz ruhuna ithaf edirəm, tezliklə bu mahnını qarabağda səsləndirəcəyim günə çox ümidliyəm".

Qeyd edək ki, "İgid əsgər, möhkəm dayan!" mahnısının ilk ifaçısı, eləcə də söz, musiqi müəllifi Şəmistan Əlizamanlıdır.



Yalçın UĞUR