Tərk edilən ürəklər Vahid Çəmənli

Tərk edilən ürəklər Vahid Çəmənli

Yaşamaq çox ağırdı,
Buraxdığım səhv ilə
Dedim, keç günahımdan,
Gülüm, məni əfv elə,
Ağrılı xatirəni,
At oçağa, məhv elə,
Dedin, hər şey yanar da,
Təkcə xatirə yanmaz...

Bu gördüyüm yuxunu,
Xeyirə yozmaq çətindi
Son sətir son ümiddi,
Onu yazmaq çətindi,
Səni itirmək çətin,
Səni dözmək çətindi,
Kim deyir ki, sevənlər,
Sevgisindən usanmaz...

Sənə "qayıt" deməyim,
Özümə də xoş deyil.
Qayıtma, gözləmirəm,
Heç yerin də boş deyil.
Bircə ürəyim dözmür,
Nə edəsən...daş deyil.
Nə vurmaqdan yorular,
Nə hicrana dayanmaz.

Pərən-pərən eşqimiz,
Çoxlarına görk olur,
Tərk edilən ürəklər,
Şüşə kimi bərk olur.
Xatirələr qocalır,
Özüm kimi tərg olur,
Mən ta o mən deyiləm-
Gözlər görsə inanmaz...


Vahid Çəmənli
26.08.206