Badamlı halva

Badamlı halva

Tərkibi:
9 qəhvə fincanı qovrulmuş manna yarması
4 qəhvə fincanı kərə yağı
100 qr ağ badam
3 su stəkanı şəkər tozu
4 su stəkanı süd
1 paket vanil

Üzəri üçün:
3-4 xörək qaşığı badam dadlı likör və ya darçın
2 xörək qaşığı şəkər tozu

Hazırlanması:
Qalın, yaxşı istilik keçirən dərin bir qazanda kərəyağını əridib badamı 2 dəqiqə qovurun.
Manna yarması əlavə edib batıq atəşdə davamlı qarışdıraraq qovurun.
Bu əməliyyatı ən az 25-30 dəqiqə davam etdirin.
Başqa bir qazanda şəkəri, südü və vanili qarışdırıb qaynadın.
Qarışığa qovrulmuş manna yarması əlavə edib qarışdırın.
Qazanın qapağını bağlayın və batıq atəşdə suyunu tamamilə çəkənə qədər bişirin.
Halva bişdikdə üzərinə 2 xörək qaşığı şəkər səpin.
Qazanın üzərinə parça və ya əmici bir kağız örtərək qapağını bağlayıb dəmlənməyə qoyun.
Ilıq olduqda geniş və düz bir qoşqaba bəzəyərək qoyun.
Üzərinə likör töküb və ya darçın səpib süfrəyə təqdim edin..

Nuş Olsun!

alıntı..


DETAYLAR
Kategori : Azərbaycan Mətbəxi
Ekleme Tarihi : 28.12.2016
Beğeniler: 2
Favoriler: 0
İzlenmeler: 313
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 04:00