Hansı müğənni sənətini atıb, Moskvaya köçmək istəyib?

Hansı müğənni sənətini atıb, Moskvaya köçmək istəyib?

“Lider TV”-nin “Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənni Eldar Ələkbərov olub. İfaçı verilişdə bir çox məqamlara toxunub. İfaçı bildirib ki, o sənətini atmaq, başqa bir işlə məşğul olmaq fikrinə düşübmüş: “Vaxtında dırnaqarası dostlarım olub. Onlarla nəfəs almışam, onları çox istəmişəm. Amma heyf o çox istəmələrə. Əsas məsələ odur ki, bu gün yaxşı dostlarım var. Sevinirəm ki, bu gün o yaxşıları Allah mənə nəsib edib. Artıq keçmişdə olanları unutmuşam. İnsan nə əkirsə, onu da biçir. Hərdən Nazənin xanıma zəng edib demişəm ki, artıq sənətə əlvida deyib, gedirəm Moskvaya bizneslə məşğul olmağa. Bu fikrimdən məni Nazənin xanım daşındırdı. Sənətdən getmək fikrimi bir neçə insanın yanında demişəm, hiss etmişəm ki, onlar sənətimi atmağım üçün qapılar açıblar. Amma Nazənin xanım belə etmədi, qarşımda dayandı ki, sənəti atmayım”.

Qeyd edək ki, “Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 21:00-da “Lider TV”-də yayımlanır. Verilişin informasiya dəstəyi Lent.az-dır.



Yalçın UĞUR

alıntı...


DETAYLAR
Kategori : Show Biznes
Ekleme Tarihi : 09.05.2017
Beğeniler: 2
Favoriler: 0
İzlenmeler: 264
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 18:00