Rafael Dadaşovun səhhəti barədə Son xəbər

Rafael Dadaşovun səhhəti barədə Son xəbər

Bir neçə gün öncə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşovun səhhəti barədə yeni xəbər var.

Lent.az-a açıqlama verən xalq artistinin qızı, müğənni Səidə Dadaşova bildirib ki, atası sabah Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji xəstəxanasına yerləşdiriləcək: “İndi vəziyyəti normaldır. Bakı Sağlamlıq Mərkəzindədir. Amma həkimlərin ilkin müayinəsindən sonra məlum olub ki, bütün problemlər atamın böyrəyindədir. Ona görə sabah Urologiya xəstəxanasına yerləşdiriləcək. Rafael müəllim bu günə qədər 2 dəfə ürək əməliyyatı keçirib, indi də ağrıları var. Amma həkimlər yaxşı olacağını deyirlər”.

Yalçın UĞUR

alıntı..


DETAYLAR
Kategori : Show Biznes
Ekleme Tarihi : 13.05.2017
Beğeniler: 2
Favoriler: 0
İzlenmeler: 224
rank
favori
like
share