Aygün və Röyaya mahnı yazan bəstəkar - Bunu ilk dəfə etdim

Aygün və Röyaya mahnı yazan bəstəkar - Bunu ilk dəfə etdim

Şou-biznesdə bir çox tanınmış müğənnilərin mahnılarının müəllifi olan bəstəkar-müğənni Muxtar Abseynov yaradıcılığında yenilik edib. Lent.az-a açıqama verən ifaçı bildirib ki, söz və musiqisi özünə məxsus “Baldı balam” adlı mahnını oxuyub:

“Mahnı bəstələyib ifa etmək mənim üçün bir hobbidir. Yəni iddiam müğənni olub toylara getmək, pul qazanmaq deyil. Sadəcə ruhuma yaxın olan mahnıları bəstələyib, oxuyuram. Bu həmdə gələcək üçün bir xatirədir. Bu günə kimi mahnılarımı Azərbaycanın ən tanınmış müğənniləri ifa edib. Düşünürəm ki, mənim yazdığım bəstələr fərqlidir. Bu mahnımın da seviləcəyinə əminəm. İlk dəfədir ki, bu cür mahnı yazıram”.

Qeyd edək ki, M.Abseynov xalq artistləri Aygün Kazımovanın “Tək mənimsən”, Zülfiyyə Xanbabayevanın “Yox demə”, “Mənim deyilsən”, “Yuxuma gəlsən”, “Qəlbimdə məhəbbət”, əməkdar artist Röya Ayxanın “Məktub”, “Əs dəli küləyim”, Sevda Ələkbərzadənin “Bir sevgim var”, “Sevdim” , “Mənim qəlbimə”, “Gözlərmi bağla”, Natavan Həbibinin “Harda olsan”, “İstərəm”, “Düşünürəm”, “Qismət ayıranda”, “Ad günü”, Samira Allahverdinin “Nəyə görə”, “Sən”, “Vəfasız həyat” kimi sevilən bəstələrin müəllifidir.



Yalçın UĞUR

alıntı..


DETAYLAR
Kategori : Show Biznes
Ekleme Tarihi : 26.06.2017
Beğeniler: 13
Favoriler: 0
İzlenmeler: 422
rank
favori
like
share