Ququşa məktub.

Ququşa məktub.

Eşitdim, 31 avqustda İrəvana konsert verməyə gedəcəksiniz. Görünür, bu səfər üçün ya sizə çoxlu pul verəcəklər, ya da içinizdə “əzabkeş” Ermənistana dərin sevginiz var. Bəlkə də bu sevginin kökü daha dərindir. Bilmirəm. Bircə onu bilirəm ki, sizin Ermənistana olan bu sevginizə görə minlərlə soydaşlarınız sizdən üz döndərəcək, vətən hesab elədiyiniz Azərbaycanı isə əbədiyyətə qədər itirəcəksiniz.
İrəvana gedirsiniz!
Eybi yox, İrəvan da bizim şəhərdir. Bünövrəsini ulu babanız Şah Xətai qoyub. Heç olmasa, soruşun, hanı bu şəhərin azəri vətəndaşları? Amma boş söhbətdir, soruşmayacaqsınız. Soruşmağa cəsarət etməyəcəksiniz. Erməni diasporunun sizi İrəvana gətirmək üçün bəxşiş verdiyi pullar gözlərinizi qamaşdıracaq, siz heç kimi, heç nəyi duymayacaqsınız.
İrəvana gedirsiniz! Yaxşı yol! Amma bircə xahişim var:
Oxumayın “Ayrılıq” mahnısını...O mahnı sinəsi vətən sevgisindən cadar – cadar olan həmvətənlərimiz üçün yazılıb. Siz o mahnıya olan haqqınızı, hüququnuzu itirdiniz.Biz artıq sizin Azərbaycan sevginizə inanmırıq.
Nə çoxdu ermənilərin çəkdiyi “əzabları” vəsf edən mahnılar. Oxuyun doyunca, ürəyiniz daş olana qədər, içinizdən Azərbaycan adlı məmləkətin çörəyinin, suyunun dadı çıxana qədər oxuyun. Kim bilir, bəlkə yaşınızın qoca vaxtında qazandığınız pullara üçüncü bir vətən satın ala bildiniz.
Unutmayın, Azərbaycan qeyri – adi məmləkətdir. Bu məmləkətdə heç kim kin – küdurətlə yaşamır. Sizin Azərbaycana, onun Xocalı şəhidlərinin ruhlarına, yurdundan - yuvasından didərgin salınan yüz minlərlə soydaşlarınıza olan hörmətsizliyinizi də unudacaq...elə sizin özünüzü, - "Uzun gecə" filminin baş qəhrəmanının həyat tərzini ekranda canlandıran bu quşu da...


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 21.07.2017
Beğeniler: 14
Favoriler: 0
İzlenmeler: 548
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 22:00