Sevgimizlə yaratdığımız dünya Vahid Çəmənli

Sevgimizlə yaratdığımız dünya Vahid Çəmənli

Dünən Allah mənə qeyri – adi bir töhvə verdi:
Sahibi olduğum maddi – mənəvi nemətləri dəyərləndirmək!
Hətta zamandan, məkandan kənar olan gələcəyimin üzərindəki pərdəni az da olsa qaldırdı ki, hara düşməyə can atdığım aləmi gözucu görə bilim.
Bir şeyi anladım:
Allahın mənə bəxş elədiyi bu töhvənin hər anına yaxınlarımın, əzizlərimin mənə olan sevgisi hopmuşdu.
Anladım ki, bu sevgi olmadan həyatda heç nəyə nail olmaq mümkün deyil.
Bəli, Allahın yaratdığı bu aləmə “Dünya” deyirlər.
Ancaq, içində yaşamaq istədiyimiz dünyanı öz sevgimizlə biz özümüz yaradırıq.

Mən səni sevirəm. (Bütün bağlı qapılara düşən bu açar sözü dayanmadan təkrar edin)


Вчера Бог мне подарил удивительный день!
Мне дал возможности понять и осмыслить то, что у меня есть!
Еще, чуть - чуть поднял занавес, чтобы я заглянул на будущее, - на будущее моих желаний, на будущее, - куда я стремлюсь попасть!
Удивительно, каждый подаренный миг был окутан любовью родных и близких мне людей.
Я понял, что без любви ничего хорошего в жизни не бывает.
Да, Бог создал то, что называют Миром.
Но мы со своей любовью создаем тот мир, в котором хотим жить сами!
P.S.
Bu yazı ilk dəfə rus dilində yazılıb. Mən bu mətni tərcümə etmədim, sadəcə, yenidən işlədim.
Vahid Çəmənli