Dostum Adil Danilova həsr olunur Vahid Çəmənli

Dostum Adil Danilova həsr olunur Vahid Çəmənli


40 il görmədiyim gənclik dostum Adilə eksklyüziv olaraq:

Bu dünya əzəldən elə beləydi!
Özümüz dünyanın yolunu əydik.
Kaş o çılğın gənclik bir də gələydi,
Biz onda bilərdik, nə eləyərdik...

Qədrini bilərdik hər ötən anın.
Zaman silməmişkən izlərimizi..
Daha çox qədrini bilərdik canın,
Daha çox sevərdik bir - birimizi...

Qəm yemə, gözlərin yaşla dolsa da.
Bu geniş dünyamız vallah, çox darmış!
Ayrılıq nə qədər uzun olsa da,
Sonunda çox şirin bir görüş varmış!

Şəkildə: Adil Danilov və Vahid Çəmənli 40 ildən sonra...
Bakı.
04.08.2017
18.25


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 04.08.2017
Beğeniler: 14
Favoriler: 0
İzlenmeler: 230
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 03:00