Əbədi sükut Vahid Çəmənli

Əbədi sükut Vahid Çəmənli


Dahi rus rəssamı İ.İ.Levitanın yaratdığı bu rəsm əsərinə baxanda, elə bil məni bu tənha kilsənin yanından axıb gedən buzlu çaya atdılar. Qulaqlarımda iri şam ağaclarını ikiqat əyən küləklərin vıyıltısı səsləndi. Bir azdan göyləri saran buludlardan tökülməyə hazır olan iri yağış damlalarından qorunmaq üçün gödəkcəmin papağını qaldırdım.
Ətrafda zamanın ağırlığı altında əyilmiş dəmir xaçlar...
Kim bilir, neçə ildir bu xaçların altında uyuyan insan övladlarını anıb, onları ziyarət edənlər yoxdur.
Dünyanın əşrəfi olan insanın zaman qarşısında belə aciz olması ürəyimi sıxdı.
Bu nədir, pəncərədə işıq görürəm.
Nə gözəl! Bu kimsəsiz, ucsuz - bucaqsız aləmdə insan var. Pəncərədən süzülən işıq qəlbimi kövrəldir. Bu zərif işığın ürəyimdə doğurduğu ümid məni sevincə qərq edir.
Bəli, həyat davam edir.
İnsanlar gəlib getsə də, həyat davam edir.


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 06.12.2017
Beğeniler: 37
Favoriler: 0
İzlenmeler: 518
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 16:00