QORXU VAHİD ÇƏMƏNLİ

QORXU VAHİD ÇƏMƏNLİ

Deyirlər, həyatda möcüzələr olur.
Amma nədənsə bu möcüzələr bizim deyil, başqalarının həyatında baş verir.
Bəlkə də baş verərdi...özümüz qarşısını kəsməsəydik.
Qorxu hissi...
Bu hiss bizi yerə sıxır, göz açmağa qoymur.
Hər şeydən qorxuruq:
Birdən kimsə bizi yanlış anlayar, mühakimə edər. Birdən işsiz qalarıq, birdən zəlzələ olar, birdən külək əsər, birdən ildırım çaxar...
Nə bilim, daha nələr, nələr olar.
Ona görə də çalışıb, yıxıla biləcək yerimizə pambıq döşəməyə çalışırıq.
Yox, bu dəfə bu ömrü bada verdik.
İstədiyimiz kimi yaşaya bilmədik.
Bəlkə gələcəkdə Tanrı bizi bir də yaşamaq üçün Yer üzünə qaytarar.
Deyirlər, ucalıqdan Yeri seyr etmək çox gözəldir.
Kim bilir, gələcək həyatımızda bir qartal kimi doğularıq.
Kim bilir...


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 09.12.2017
Beğeniler: 34
Favoriler: 0
İzlenmeler: 601
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 10:00