Elə qalamışam qəm ocağını Vahid Çəmənli

Elə qalamışam qəm ocağını Vahid Çəmənli


Elə qalamışam qəm ocağını,
İndi göz yaşımla söndürəmmirəm.
Vətən, yorulmuşam, aç qucağını,
Haqsız bu dünyanı sindirəmmirəm.

Vədəsiz söküldü bu ilmə, yazıq!
Günümə, ayıma, ilimə yazıq,
Çöllərə tökülən elimə yazıq,
Birinin üzünü güldürəmmirəm!

Ürək daş bağlayıb, daşda nə günah?
Ağlını itirən başda nə günah?
Ömrümə qış gəlib, qışda nə günah?
Ruhsuz bədənimi isidəmmirəm...

Vahid Çəmənli
Bakı, Dekabr 2017


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 19.12.2017
Beğeniler: 31
Favoriler: 0
İzlenmeler: 584
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 18:01