Dərdi yük eləmə Vahid Çəmənli

Dərdi yük eləmə Vahid Çəmənli

Kiminə avtomobil çarpır,
kimini ildırım vurur,
kimini də hansısa bir vələd ...
Mənisə dərd vurub, dərd...
O dərd namərd...

(şair Mehman Göytepeli)



Dərdi yük eləmə özünə, şair!
Dərd də səni görüb yaxandan keçir.
Elə mindirmisən qəmi urvata,
Sevinc qəmli - qəmli yaxından keçir!

Yol çəkən gözlərin gözləyir kimi?
Yorğun baxışların izləyir kimi?
Dilin susa - susa gizləyir kimi?
Dünyanın soyuğu yuxundan keçir.

Hikməti olsa da naşı dünyanın,
Canına od düşsün yaxşı dünyanın...
Güləndə pozulur naxışı dünyanın,
Elə bil varından - yoxundan keçir.

Vahid Çəmənli
05.01.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 05.01.2018
Beğeniler: 29
Favoriler: 0
İzlenmeler: 540
rank
favori
like
share