Dördlüklər 2 Vahid Çəmənli

Dördlüklər 2 Vahid Çəmənli



Bir sözü demədən diqqət et ki, sən,
Sonra peşman olub, üzülməyəsən.
Yerdə də, göydə də olsa məskənin,
Haqq özü yaxandan tutacaq sənin.
*************************

Demişdin, bu dünya fanidi, fani,
İndi bu kəlama inandım, Allah.
Sorsalar, hardadı haqqın divanı,
BaşImın içində, - deyərdim, Vallah!
*************************
Bu ömrü özümə bağlayım necə?
Pərişan günlərim sanki can çəkir.
Axşamdan səhərə qurtarmır gecə,
Səhərdən axşama bircə an çəkir
*************************
Neyləyim, bilmirəm belə baharı?
Güllərdən yoluma xalı sərmədi.
Axdı gözlərimdən bütün suları,
Nə fayda, bir çəngə ot cücərmədi.
*************************
Ey mənim sevdiyim qoca adamlar,
Əfv edin, getdiniz, tuta bilmədim.
Əlçatmaz oldunuz uca adamlar,
Nə qədər böyüdüm çata bilmədim...

*************************
Şirin xəyallara tez uyur beyin,
Acını kim sevir?
- Onu bulanmı?
Hansı gözəl olur, özünüz deyin,
Acı həqiqətmi, şirin yalanmı?

*************************
Müəllif Vahid Çəmənli
Şəkildə: müəllif İsmayıllıda


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 03.03.2018
Beğeniler: 33
Favoriler: 0
İzlenmeler: 590
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 23:55