Aşiqin oldum Vahid Çəmənli

Aşiqin oldum Vahid Çəmənli

Baxışın bal kimi işləyir qana,
Bu bir sevda toyu, könül yarışı.
Kəlmələr düzülür yenə yan - yana,
Yağır ağ vərəqə tər gül yağışı ...

Səhər şəfəqləri dumanda itir.
Qəm gələn yolları çən alır yenə.
Dodaqda bir alqış öpüşü bitir,
Bir nəfəs boğazda daralır yenə.

Əl vurma, ay gözəl, pəjmürdə - halam.
Baxdım gözlərinə, gözlərim doldu.
Deyəsən, dağıldı bu güvənc qalam,
Deyəsən, mən sənin aşiqin oldum...

Vahid Çəmənli

10.03.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 12.03.2018
Beğeniler: 26
Favoriler: 0
İzlenmeler: 450
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 12:05