Basdırmalı Göbələk Dolması

Basdırmalı Göbələk Dolması

Ərzaqlar
500 q göbələk
100 q holland pendiri
50 q basdırma (bu, sırf türk basdırmasıdır, bəyəndiyiniz kolbasa növü ilə əvəz edə bilərsiniz)
1 dəstə cəfəri
2 x.q. kərə yağı
duz
istiot

Hazırlanması
Göbələklərin ayaqlarını çıxarın.
Düzbucaqlı siniyə göbələkləri tərsinə (papaq tərəfi aşağı) düzün. İçinə duz və istiot səpin.
Pendiri və basdırmanı kubik şəklində doğrayın.
Cəfərini də doğrayıb əlavə edin, qarışdırın.
Bu qarışığı göbələklərin içinə doldurun. Kərə yağını əridib göbələklərin üstünə gəzdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Haqqında: basdırmalı göbələk dolması sevilən dolmalardan birindir. Türk mətbəxinə aiddir.

Nus olsun...

alıntı..


DETAYLAR
Kategori : Azərbaycan Mətbəxi
Ekleme Tarihi : 17.03.2018
Beğeniler: 15
Favoriler: 0
İzlenmeler: 399
rank
favori
like
share