Ömür bir dağdı Vahid Çəmənli

Ömür bir dağdı Vahid Çəmənli

Ömür bir dağdı; - çıxırsan, çıxırsan, deyirsən bax indi zirvəyə çataram, sonra görürsən o tərəfdə daha bir eniş, daha bir yoxuş, daha bir zirvə var!
Şükürlər olsun bizi yaradana, hikmətlərini anlamağa macal tapmamış qış qapını alır.
Həsrət çəkə-çəkə yaşayırıq...
Sevdiyimiz tay-tuşumuz qızların həsrətini çəkirik.
Cocuqluq dostlarımızın həsrətini çəkirik...
Əlimizdən tutub bizi məktəbin döngəsinə qədər aparan, arxadan gizli-gizli boyumuza baxıb fəxr edən atalarımızın həsrətini çəkirik...
isti qucağından perik düşdüyümüz analarımızın həsrətini çəkirik...
Üst-başına cəhrənin, nehrənin ətri hopmuş nənələrimizin həsrətini çəkirik...
Quş dili bilən, sinəsi nağıl dolu babalarımızın həsrətini çəkiirik...
Bizə əlif-bey öyrədən müəllimlərimizin həsrətini çəkirik..
Sağa-sola qara pul kimi xərclədiyimiz cavanlığımızın, sağlamlığımızın həsrətini çəkirik...
Yaşlanırıq, qocalırıq, sonra bu həsrətlərdən bezib ölümün həsrətini çəkirik...
Allah, Allah, bu ömür elə bir həsrət karvanı imiş ki...

Eybi yox, gün gələr həsrət karvanı da keçib gedər!

Deyəsən, biz anadan elə saçı-sağğalı ağ doğuluruq...


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 14.04.2018
Beğeniler: 34
Favoriler: 0
İzlenmeler: 552
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 20:45