Kartof qabığının faydaları haqda bilirdinizmi?

Kartof qabığının faydaları haqda bilirdinizmi?

Linus Paulinq İnstitutunun apardığı araşdırma 4 ədəd kartofun qabığında 4,9 mq. dəmir olduğunu təsdiq edib. Bu, 51 yaşından yuxarı olan qadınların gündəlik dəmir ehtiyacının 61 faizini, 50yaşından aşağı olan qadınların ehtiyacının isə 27 faizi deməkdir. Kartof qabığı sağlamlıq üçün olduqca əhəmiyyətli olan B3 vitamini ilə zəngindir. Kalium olduğu kimi, B3 də qidaların enerjiyə çevrilməsini təmin edir, eyni zamanda hüceyrələri fizioloji stressdən azad edir. Kartof qabığında həzmi asanlaşdıran lif də var. Lifli qidalar yemək qəbizliyin qarşısını alır, bağırsaq xərçəngi, ürək xəstəliyi və şəkər xəstəliklərinə yaxalanma riskini azaldır. Sankt-peterburqda Luis Vaşinqton Universitetində qidalanma direktoru Koni Diekman lifli qidaların qanda şəkərin səviyyəsini tənzimlədiyini, orqanizmi lazımsız kaloridən qoruduğunu bildirir. 50 yaşına qədər gündəlik ehtiyacımız olan lif miqdarı kişilərdə 38 qramdırsa, qadınlarda 25 qramdır.


alinti...


DETAYLAR
Kategori : Sağlamlıq
Ekleme Tarihi : 19.04.2018
Beğeniler: 22
Favoriler: 0
İzlenmeler: 396
rank
favori
like
share