Gördüm Vahid Çəmənli

Gördüm Vahid Çəmənli



Aradım dayazda, üzdüm dərində,
Tilsimlərlə dolu yüz hikmət gördüm.
Göylərə bağladım ümidlərimi,
Tağında min cürə qıfilbənd gördüm.

İnsandı dünyanın zinəti, tacı,
İnsanın enməsi acıdı, acı.
Ata, ana, oğul, qız, qardaş, bacı;
Hərədən min cürə məhəbbət gördüm.

Ay Vahid, şairlər gördüyün deyər,
Onu kim susdurar, onu kim əyər?
Elimə, dilimə verirəm dəyər.
Hər sözdə xalqımdan əmanət gördüm.

16.05.2018

Şəkildə: Qapımızda çıçıkləyən nar ağacı