Əlacı yox təkcə Vahid bihalın.

Əlacı yox təkcə Vahid bihalın.

20 yaşında xatirə dəftərinə yazdığım şer.

05 may 1977 - ci il
Bakı ş.


Bütün yolu yalnız səni düşündüm,
Xəyalımda cilvələndi xəyalın.
Bir ümidin nəşəsindən isindim,
Sevindim ki, keçib gedər məlalın.

Necə qıyım qəlb ağlaya, göz dola,
Gizli-gizli ürək yana, qovrula,
Günəş ola,
yağış ola,
gül sola,
Necə məni yandırırdı bu halın...

And verdim ki, xoş xəbərlə dönəsiz.
İnsafdımı, parlamamış sönəsiz...
İnanırdım, xəzan gəlməz vədəsiz,
Bulud tutmaz tər üzünü hilalın.

Necə gözəl başa çatdı imtahan,
Məğrur çıxdın neçə qara qorxudan.
Gəncliyini qorumağa hər zaman.
Çox istərdim, çata əqlin, kamalın.

Öz bəxtinə əlindədir ixtiyar,
Arzularla yaşa azad, bəxtiyar,
Unutma ki, hər bir dərdə əlac var,
Əlacı yox təkcə Vahid bihalın...

Vahid Çəmənli


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 04.06.2018
Beğeniler: 19
Favoriler: 0
İzlenmeler: 353
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 10:35