Sən sevgimə irad tutub, qınadın Vahid Çəmənli

Sən sevgimə irad tutub, qınadın Vahid Çəmənli



Sən sevgimə irad tutub, qınadın,
Barı özün vəfasız tək qınanma.
Çəkdi yüz yol imtahana inadın,
İnadımdan əsər qaldı, - inanma!

Öz əlinlə bəzəmişdin yaxamı,
Nişan yerin, hədəf yerin yaxamı?
Naz – qəmzənlə çıxarmısan yuxamı,
Ocaq olub sinəm üstə qalanma.

Mətləbimi ürəyimdə ürəyimdə gizlərəm,
Gecə - gündüz kölgə kimi izlərəm...
Vədə versən, ömür boyu gözlərəm,
Bir şərtinən, nə zamansa gəl amma!

Vahid Çəmənli


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 05.06.2018
Beğeniler: 26
Favoriler: 0
İzlenmeler: 425
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 23:35