Yanınızdan biganə keçdim.

Yanınızdan biganə keçdim.

Bir gün yanınızdan biganə keçdim.
Halınıza yanmadım.
Bəlkə də yandım, amma fərqinə varmadım.
Cibimdən bir quruş çıxarıb verə bilmədim.
Ya yox idi, ya qıymadım.
Bu gün yanımdan biganə keçənləri qınayıram.
Heç kim heç kimin halına yanmır.
Allahım, nə boyda yanğın olmalıdır ki, içimisdəki biganəlik buzlarını əridə bilə...


Vahid Çəmənli

Yüzlərlə deyən tapılacaq ki, dilənçiyə para verməzlər.
Verməyin.
Amma deməyin ki, qoy gedib özü işləsin, qazansın.
Sadəcə, əlinizlə gözlərinizi tutub, çıxıb gedin.
Bəzən danışdıqca insan kiçilir.


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 07.06.2018
Beğeniler: 30
Favoriler: 0
İzlenmeler: 473
rank
favori
like
share