Nadir şah haqqında maraqlı rəvayətlər 1.

Nadir şah haqqında maraqlı rəvayətlər 1.



Vahid Çəmənli

İraqda məğlubiyyətə uğrayan Nadir şah geri çəkilir. Öz qoşunundan ayrı yol alan Nadir şah, dağ kəndlərinin birində bir qoca arvadın komasına girərək, ondan çoxlu pul əvəzində yemək hazırlamasını xahiş edir. Qarı dadlı plov bişirir. Uzun yoldan gəlib yorğun düşən, həm də çox ac olan Nadir şah, qabağına qoyulan sinidəki plovdan bir ovuc götürüb ağzına qoyur. İsti plov onun ağzını yandırır. Bunu görən qarı deyir:
-Ay bala, sən də Nadir şah kimi hövsələsizsən.
Nadir şah heyrətlə qarıya tərəf dönür:
-Necə yəni qarı nənə? Məgər Nadir şah hövsələsizdi?
-Əlbətdə! Əgər o, İraq səfərinə çıxarkən tələsməsəydi, qoşununa əməlli-başlı təlim keçəndən sonra səfərə çıxsaydı, İraqdan əli ətəyindən uzun qayıtmazdı. Bax, sən də plovun kənarlarından, soyumuş yerlərindən yeməyə başlasaydın, ağzını yandırmazdın.
Qarının dediyi sözlərdən layiqli nəticə çıxaran Nadir şah İraq səfərinə daha təmkinlə hazırlaşaraq, bir müddətdən sonra yenidən İraqa yürüş edir. Bu dəfə zəfər onun tərəfində olur.


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 10.06.2018
Beğeniler: 35
Favoriler: 0
İzlenmeler: 549
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 10:20