Yollar Vahid Çəmənli

Yollar Vahid Çəmənli

Yollar


Kimlərin oduna düşüb, yanmısam.
Ürəyim dərd əkir, gözüm qəm biçir.
Yolların üstündə bitib qalmışam.
Sağımdan, solumdan maşınlar keçir

Necədi ürəyə gedən yol olmaq,
Kimlər yola çıxar olunca gecə?
De, asan işdimi Haqqa qul olmaq?
Haqsızlıq üstünə yol alsa necə?

Ömür uzandıqca yol da uzanır,
Keçir taleyimdən, baxtımdan keçir.
Ömür yollarında kim nə qazanır,
Hamısı cavanlıq vaxtından keçir.

Yollarım burulur hey sola, sağa,
Düz yollar hardadı, ay qismət verən?
Yol çəkən gözlərim dirənir dağa.
O dağdan o yana yol varmı görən?

Yollarda nə qədər günlər odladıq,
Ömür od içində əridi getdi.
Dairə içində çox yol adladıq,
Dedilər, yolçunun biri də getdi.

Vahid Çəmənli

03.07.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 03.07.2018
Beğeniler: 34
Favoriler: 0
İzlenmeler: 534
rank
favori
like
share