Dəlidən doğru xəbərlər Vahid Çəmənli

Dəlidən doğru xəbərlər Vahid Çəmənli

Dəlidən doğru xəbərlər.
(müəllif Vahid Çəmənli)


1.
Bir ağıllı deyir Allah yoxdur, yüz ağıllı başlayır isbat eləməyə ki var.
O insanın içində Allah yoxsa, sən nəyi isbat edəcəksən, qardaşım?
Allahın bağladığı gözləri sənmi açacaqsan?


2.
Alim olmaq üçün çox oxumaq yox, çox düşünmək lazımdır.

3.
Sözünüzün ağası özünüz olun. İnsan hələ demədiyi sözün ağası, dediyi sözün isə quludur.

4.

Bir məsləhətim var:
Heç vaxt çoxluğa qarşı üzməyin.
Batırarlar.

5.
Övladından ayrılanda da, övladına qovuşanda da gözləri dolan analar,Tanrı, səngərlərdə, yağışın, qarın altında qeyrətimizi çəkən balalarınıza yar olsun!

6.
Qalıb gəlmək istəyən xalqın qələbə eşqi onun həyat tərzinə çevrilməlidir!

7.
Şahlar şahlığından bezdi, biz gədalığımızdan bezmədik!

8.
Kəlmə - kəlmə, misra - misra qovrulur kimsə,
Bir vüsalın xumarında yorulur kimsə,
Bir ümidinin çırağının yağı tükənir,
Bir sərxoşun ağuşunda qıvrılır kimsə...
9.
Eşqsis bir qəpik də dəyəri olmayan bu dünyanı eşq zinətləndirir.
Eşq bir ümmandır. Çəkir özünə. Sonra da batırır...Sonra da qəlbimizdəki məzarın üstünə əklil qoyur saralan güllərdən. Həm eşq ilə yaşamaq çətindi, həm eşqsiz yaşamaq çətindi. Birincidə yaşaya bilmirsən, ikincidə yaşamırsan.





Vahid Çəmənli


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 10.07.2018
Beğeniler: 34
Favoriler: 0
İzlenmeler: 574
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 11:05