Keçir Vahid Çəmənli

Keçir Vahid Çəmənli



Məni bənd eləmə özünə gözəl,
Ömür sətirlənir varaqdan keçir.
İndi necə düşüm izinə gözəl?
Yollarım burulur qıraqdan keçir

Hər səni görəndə əsir dizlərim,
Çaşıram, baş-ayaq olur sözlərim,
İsti göz yaşıyla dolur gözlərim,
Atəşi süzülür yanaqdan keçir.

Vədəsiz gəlmisən solan ömrümə,
Dünyanın kədəri dolan omrümə,
Demərəm bəzək ver qalan ömrümə,
Hər anım tənədən, qınaqdan keçir.

Şirin cavanlığım hara tələsdi?
Qocalıq qurd kimi qapımı kəsdi.
Ürək pıçıldayır, həvəsdi bəsdi,
Söz sözə baxmır ki, dodaqdan keçir...

Vahid, qəm eləmə, çatma qaşını,
Kimsədən gizlətmə olan yaşını...
Çevir o gözəldən öz baxışını,
İmanın, dözümün sınaqdan keçir!

17.07.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 17.07.2018
Beğeniler: 32
Favoriler: 0
İzlenmeler: 592
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 12:25