Dünyanı sevəni dünya unudur Vahid Çəmənli

Dünyanı sevəni dünya unudur Vahid Çəmənli


Nə qədər dünyaya insanlar gəlib?
Milyondan birisən Çəmənli Vahid.
Əvvəlin bəllidi el arasında,
Sonun nə olacaq, nə bəlli, Vahid?

Yurdunu, elini, obanı tanı,
Yolunda mərdanə ver şirin çanı...
Damarda kim tutar çağlayan qanı?
Çox vermə özünə təsəlli, Vahid!

Ürəyim kövrəlib yenə bu axşam,
Suallar önündə çaşıb qalmışam...
Sönərmi meh ilə haqdan yanan şam?
Edər ürəklərdə təcəlli, Vahid.

Hər xalqın öz əsli, öz nəsli, boyu,
Əsli olmayanın quruyar soyu.
Mənim də xalqımı əsrlər boyu
Yaşadar neçə düz əməlli, Vahid.

Özün də, adın da haqdır, uludur,
Yaz, yarat, nə qədər canın suludur.
Dünyanı sevəni dünya unudur,
Yapışma dünyadan dördəlli, Vahid!


24.07.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 24.07.2018
Beğeniler: 18
Favoriler: 0
İzlenmeler: 345
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 20:10