Qaldı  Vahid Çəmənli

Qaldı Vahid Çəmənli


Üyütdüm günləri dəyirman kimi,
Qaldı, baş aparan çax-çaxı qaldı
Nə umdum, ömrümə nələr yazıldı?
Dilimdə gileyi, ah-vahı qaldı.

Əkdiyim ağaclar vermədi bəhər,
Üzdü boğazımı acı bir qəhər...
Bir gün də yaşadım elə bir təhər,
Üzun bir gecəsi, sabahı qaldı.

İstədim söz satam, alan olmadı,
Ciblərim boş qaldı, kalan olmadı.
Vallahı, bir qazanc-filan olmadı,
Borclarım uzun bir siyahı qaldı.

Vahid, ağ günlərim dara çəkildi
Üstünə kədərli qara çəkildi...
Sevincli günlərim hara çəkildi?
Yerində çox ağır günahı qaldı.

28.07.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 28.07.2018
Beğeniler: 29
Favoriler: 0
İzlenmeler: 493
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 15:55