Murov dağı Vahid Çəmənli

Murov dağı Vahid Çəmənli


Murov, səndən gileyliyəm,
Zirvələrdə qarın hanı?
Quzeylərin sənə qalsın,
Güneylərdə barın hanı?

Döyəclədik nala-mıxa,
Yurd-yuvamız çıxdı yoxa...
Qaldıq sənə baxa-baxa,
Heç demədin varın hanı?

O tərəfin Göyçə eli,
Bol-bol bitir həsrət gülü...
Kim ovudar bu könülü,
Soruşanda arın hanı?

Kəlbəcərinm əsir-yesir,
Yollarını yağı kəsir...
Xaçın, Tərtər umur, küsür,
Vətən oğlu, yarın hanı?

Hanı mənim elim, obam?
Zülfüqarlı, Dəmirçidam,
Başlıbelim, başsız qalam,
Soruşacaq bir gün babam-
Ağkilsədə gorum hanı?

Vahid Çəmənli

Bilməyənlər üçün deyim ki, bilsinlər. Agkilsədəki babam deyəndə Aşıq Ələsgəri nəzərdə tuturam.


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 29.07.2018
Beğeniler: 31
Favoriler: 0
İzlenmeler: 563
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 04:05