Aşıq Haşım Qubalı Vahid Çəmənli

Aşıq Haşım Qubalı Vahid Çəmənli

Kənddəki evimin eyvanındayam,
Ürəyim narahat, özüm rahatam.
Bir baxış, bir ülfət, bir sən çatmırsan,
Bu rahat dünyamın gözünə qatam.
(Aşıq Haşım Qubalı)

Bu köhnə divarlar nələrə şahid,
Acı xatirələr indi bal dadır.
Aşığın sözünə çox uyma, Vahid.
Hər şeyi çatır da...
Bizi aldadır!)))

Xaçmazdan Qubaya beş addım yoldu,
Yolunun üstündə tikanmı boldu?
Gəlib - gedəni yox, ayı il oldu,
Ata ocağının gözü yoldadır.

Günə-güzərana olmuşuq əsir
Başda duman gəzir, soyuq yel əsir.
Ümidsiz sabahlar ümidi kəsir,
Neyləyək, başımız qalmaqaldadır.

Aləmə bəllidir sözün söhbətin,
Dost-tanış yanında çoxdu hörmətin.
Yadından çıxmayır ilk məhəbbətin,
Yarası sinədə, adı qoldadır.

Aşıq, çox bicliyə qoyma özünü,
Qoy Vahid söyləsin sözün düzünü,
Nə yaş, nə də zaman əyməz dizini,
Qocaldım deyirsən, gözün xaldadır.

P.S.
Aşıq Haşım Qubalının eyvanından açılan mənzərə. Foto Aşıq Haşım Qubalınındır.
2018

Vahid Çəmənli


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 30.07.2018
Beğeniler: 25
Favoriler: 0
İzlenmeler: 453
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 05:20