Bu dağın yamacında Vahid Çəmənli

Bu dağın yamacında Vahid Çəmənli

Kəlbəcərli dostum Mail müəllimə həsr edirəm.

Bu dağın yamacında gəl quraq bir alacıq,
Dörd yanımız gül-çiçək,
səma aydın, göy açıq.
Dizimizdə təpər də olsun dostum, azacıq,
Dolaşaq yurdumuzu
Gecə-gündüz döymadan...

Gəl, baş-başa dayanaq göydə buludlar ilə
Öpüşək çiçəklərlə, yam-yaşıl otlar ilə,
Bulaqların gözündən süzülək gilə-gilə,
Ömürdən ötüb keçən günümüzü saymadan...

Dolaylarda nəfəsim, silinməz ayaq izim...
Vətən bizim, el bizim,
Yurd bizim, yaylaq bizim.
Meşə bizim, çay bizim,
El bizim, oylaq bizim...
Yaşadaq bir daşına,
Kəsəyinə qıymadan...

Vahid Çəmənli


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 01.08.2018
Beğeniler: 30
Favoriler: 0
İzlenmeler: 468
rank
favori
like
share