Endi Vahid Çəmənli

Endi Vahid Çəmənli

Onu gördüm, əsdi əlim, ayağım,
Od-alovlu yay günümə qış endi.
“Bu sənsənmi?”-pıçıldadı dodağım.
Sinəsinə ağ saçlı bir baş endi.

Üzüm gülür, içimi qəm sıxırdı,
Bu qəm mənim qürurumu yıxırdı...
Solan gülün gözlərinə baxırdım, -
Üstümüzə görən neçə yaş endi?

Halın sordum, heç pozmadı halını,
Tumarladı qolundakı xalını...
Düzəldəndə başındakı şalını,
Elə bil ki, başıma bir daş endi.

Vahid, demə bu ömürdü, həyatdı.
Bu həyatdan qismətinə nə çatdı?
Xatirələr ürəyimi sızlatdı,
Yanağıma iki gilə yaş endi...

AĞDAM, ÇƏMƏNLİ
08.08.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 10.08.2018
Beğeniler: 36
Favoriler: 0
İzlenmeler: 568
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 07:25