Ramiz Bayramov Vahid Çəmənli

Ramiz Bayramov Vahid Çəmənli



Neçə ürəklərdə yerin, yurdun var,
Neçə ürəklərə yol alan Ramiz.
İçində təpərin, yanar odun var,
Adıyla, varıyla var olan Ramiz.

Dünya çox salasa da səni oyuna,
Zərrəcə gəlmədi xələl boyuna,
Adına, sanına öz kök-soyuna,
Oldun çox layıqli bir oğlan Ramiz.

Qəm yemə, ağrılar keçib gedərdi.
Dərd özü sənin tək üzü gülərdi.
Dərdə qalıb gələn fövqəl bəşərdi.
Dərd sənin yanında bir yalan, Ramiz!

Nə xoşdu ülfətdə olmaq səninlə,
Könül fərəhlənir şirin dilinlə...
Yaşa, öz yurdunda,
sən öz elinlə,
Olsun bu dünyada bir qalan, Ramiz!!!


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 11.08.2018
Beğeniler: 37
Favoriler: 0
İzlenmeler: 614
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 12:40