Gəzərsən Vahidi bir gün çıraqla Vahid Çəmənli

Gəzərsən Vahidi bir gün çıraqla Vahid Çəmənli

Axı neyləmişəm ay gülüm sənə,
Çıxırsan qarşıma qaşla-qabaqla.
Vallahi, verirsən çox zülüm mənə,
Keçir ömrüm, günüm kədərlə, ahla.

Deyirəm, solmayıb hələ eşqimiz,
Bənzəyir çiçəyə, gülə eşqimiz...
Deyirsən, - “Olmasın belə eşqimiz,
Şirin kəlmələri özünə saxla”

Başıma yüz fikir eləmişəm cəm.
Görməsəm üzünü məni sökər qəm.
Yadimdan çıxmırsan bir saat, bir dəm.
Məni incidirsən axı nə haxla?..

Gecələr göylərə çəkilir uyğum,
Korşalır qələmim, korşalır duyğum.
Günbəgün artsa da sevgimə sayğım,
Açılır səhərim elə qınaqla...

Bu candı ay gülüm, deyil daş, dəmir.
Kim bilir, nə qədər uzanar ömür?
Hicran qəfil gəlir, gəlirəm demir,
Gəzərsən Vahidi bir gün çıraqla.

25 Oktyabr 2015


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 13.08.2018
Beğeniler: 30
Favoriler: 0
İzlenmeler: 521
rank
favori
like
share
Tebrikler!

Paylaşımınız haftanın en popüler içerikleri arasında.

www.uyur.com/populer/


UYUR - 10:25