NƏYİNƏ GƏRƏYƏM SƏNİN AY VƏTƏN Vahid Çəmənli

NƏYİNƏ GƏRƏYƏM SƏNİN AY VƏTƏN Vahid Çəmənli


Şümşad göylərində şimşəklər çaxdı,
Çağırdın, olmadım hayına yetən.
Sən yandın, mən sənə kənardan baxdım,
Nəyinə gərəyəm sənin ay Vətən?

Başımın üstündə yanar bayrağın,
Bayrağın altında millət bir çətən...
Dünyanı tutmursa səsin, sorağın,
Nəyinə gərəyəm sənin ay Vətən?

Kim sərvət topladı, kim şəhid oldu?
Çiçək şəhidlərdi üstündə bitən...
Necə haqsızlığa Haqq şahid oldu,
Nəyinə gərəyəm, sənin ay Vətən?

İtirdim gör neçə - neçə elimi,
Özüm də qoy olum gözündən itən...
Mənə rəhm eləmə, burax əlimi
Nəyinə gərəyəm sənin ay Vətən?

Mən ala bilmirəm intiqamını,
Səni daşa basır hər yoldan ötən...
Qoruya bilməsəm bir tikanını,
Nəyinə gərəyəm sənin ay Vətən?

15.08.2018

Şəkildə:
Ağdam torpağı, Kəhrizin üstü.