ÜRƏYİMİ SIXAN DAĞLAR VAHİD ÇƏMƏNLİ

ÜRƏYİMİ SIXAN DAĞLAR VAHİD ÇƏMƏNLİ


Dərdli ananın bu şəklinə biganə qalmaq olmur. Gərək daş olasan ki, əriməyəsən. Bilmirəm, niyə, amma bu şəklə baxdıqca ürəyimdən kağıza bu sətirlər axdı.

Vahid Çəmənli

Ürəyimi sıxan dağlar,
Uzağın yaxın oldumu?
Üzü bəri baxan dağlar,
Qoynuna axın oldumu?

Bir el vardı, görən oldu?
Hamı pərən - pərən oldu...
Kimlər gülün dərən oldu?
Gül dolu taxtın oldumu?

Hanı sənin qızıl vaxtın?
Niyə belə döndü baxtın?
Arxamızca qəmli baxdın?
Baxmağa vaxtın oldumu?

Göz-görəti düşdük oda.
Canım dağmı düşdü yada?
Sənə demədik əlvida,
Həsrətlə baxdın, oldumu?

Başımızı versək belə,
Qayıdarıq əziz elə!
Bir də gördün gülə - gülə,
Yollara çıxdın!
Oldumu!


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 17.08.2018
Beğeniler: 25
Favoriler: 0
İzlenmeler: 459
rank
favori
like
share