Zaman içində Vahid Çəmənli

Zaman içində Vahid Çəmənli



Sandım, qapamısan köhə dəftəri,
Hələ gəzdirirsən onu içində.
Sevən unutsa da çəkdiklərini,
Saxlarmış sonacan kini içində.

İnsan övladıyıq, yanıldıq yüz yol,
Göstərən olmadı, hardadı düz yol,
İstər münəccim ol, istər şair ol,
İtirdin, tapmazsan yönü içində.

Sevdamız boy verməz calaq oldusa,
İndı nə dərd çəkək,
nə bataq yasa...
Torpaq da cücərtməz, suyu çatmasa,
İllərlə saxlayar dəni içində.

Vahidin hər sözün yozurdun nəhsə,
Aşiqdi, səninlə girmədi bəhsə...
Göz yumdu hər sözə, susdu hər ləhzə,
Saxladı imanı, dini işində.

Vahid Çəmənli

19.08.2018


DETAYLAR
Kategori : Azərbaycan Ədəbiyyatı və İncəsənət
Ekleme Tarihi : 20.08.2018
Beğeniler: 18
Favoriler: 0
İzlenmeler: 337
rank
favori
like
share